Bəşər Əsəd ordusu və Rusiya aviasiyasının İdlibə hücumları davam edir.
Teleqraf.com xatırladır ki, yanvarın 12-də Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra tətbiq edilən atəşkəs rejiminə baxmayaraq hücumlar dayandırılmayıb.
Son hücumlarda 8 mülki insan qətlə yetirilib, 8 insan isə yaralanıb. Dinc sakinlərə yardıma gələn mülki müdafiə qrupları da vurulur, indiyə qədər bir təcili yardım avtomobili sıradan çıxarılıb.
Əsəd ordusunun və İrana bağlı silahlı qrupların, eləcə də Rusiya aviasiyasının hücumlarından qaçan mülki insanlar isə Türkiyəyə doğru köçü davam etdirir. Son 2 gündə daha 36 min insan Türkiyə sərhədlərinə doğru köçə başlayıb.
Son məlumata görə, qaçqınların bir hissəsi Türkiyə ilə sərhəddə düşərgələrə, bir hissəsi isə terrorçulardan təmizlənən bölgələrə sığınır. 2019-cu ilin noyabrından bu günə qədər yerindən edilən mülki əhalinin sayə 450 mini keçib.