Rusiya Prezidenti Vladimir Putin özünə iki köməkçi təyin edib.
Teleqraf.com xəbər verir ki, ölkə başçısının imzaladığı fərmana əsasən, Vladimir Medinski və Maksim Oreşkin prezidentin köməkçiləri təyin olunub.
Digər qərarla baş nazirin keçmiş müavini Dmitri Kozak Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.
Xatırladaq ki, Vladimir Medinski Mədəniyyət, Maksim Oreşkin isə İqtisadi inkişaf naziri olub.
Qeyd edək ki, yeni kabinetə Mixail Mişustin başçılıq edir.