27 Yanvar 2020 10:33
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdad şəhərində ABŞ səfirliyinin binasının yerləşdiyi “Yaşıl bölgə” adlanan əraziyə 5 ədəd raket zərbəsi endirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

“Katyuşa” raketləri edilən hücum nəticəsində bölgənin infrastrukturuna zərər dəydiyi bildirilib.

İraq Baş naziri Adil Əbdülmehdi atılan raketlərin ABŞ səfirliyinin binasının həyətinə düşdüyünü deyib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər