Taliban terror təşkilatının Qəzni şəhərində vurduğu ABŞ təyyarəsində Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəsmilərinin olduğu iddia edilib.
Teleqraf.com xəbər verir ki, Taliban ABŞ təyyarəsini vurduqlarını açıqlayıb, rəsmi Vaşinqton isə hərbi təyyarədə 10-dan az şəxsin olduğunu bəyan edib.
Talibanın sözçüsü Zebihullah Mücahidin sözlərinə görə, kəşfiyyat məqsədilə uçuş həyata keçirən təyyarə düşürülüb. Təyyarədə CİA rəsmilərinin olduğu, bütün heyətin öldüyü iddia edilib.