28 Yanvar 2020 08:52
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist kimi Rusiyaya gələn Yaponiya vətəndaşı casusluq ittihamı ilə ölkədən deportasiya edilib.

Teleqraf.com xəbər verir ki, media nümayəndəsi kimi viza alan Yaponiya vətəndaşının hərbi məsələlərdə gizli informasiya əldə etməyə çalışdığı üzə çıxıb.

Adı açıqlanmayan şəxsin casusluq ittihamı ilə Vladivostokda tutulduğu bildirilir.

Məlumata görə, sözügedən şəxs 72 saat ərzində Rusiyanı tərk edib. Rusiya tərəfi Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası verib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər