28 Yanvar 2020 12:38
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanları bir qadını səkkiz aylıq uşağını 5 min dollara satmaq istəyərkən saxlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Özbəkistanın Əndican şəhərində baş verib.

Məlumata görə, 21 yaşlı Özbəkistan vətəndaşı qızının doğum şəhadətnaməsini 5000 ABŞ dollarına satarkən və potensial alıcıya təhvil verərkən tutulub.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.

Ana 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər