28 Yanvar 2020 17:32
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Donald Tramp hökumətini “ABŞ tarixinin ən pisi” adlandırıb.

Teleqraf.com xəbər verir ki, İran lideri ABŞ-ın hazırkı hökumətinin öz xalqına problem yaratdığını deyib.

“Terrorizmə dəstək verən və fırıldaqçılıqla məşğul olan bir hökumətin ABŞ-da hakimiyyətə gələcəyini, ABŞ tarixindəki bütün digər hökumətlərdən daha pis olacağını və dünyaya, müttəfiqlərinə, dostlarına və hətta öz xalqına problem yaradacağını düşünmədilər”, - Ruhani vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər