28 Yanvar 2020 23:57
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honkonqun tədqiqatçılar qrupu koronavirusa qarşı vaksin hazırlayıb, ancaq preparatın sınaqdan keçirilməsi üçün uzun müddət vaxt lazım olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Honkonq Universitetinin mikrobioloquna istinadən Çinin “South China Morning Post” qəzeti məlumat yayıb.

"Biz artıq vaksini yaratdıq, amma dərmanın heyvanlar üzərində yoxlanılması üçün uzun müddət lazım gələcək", - professor Yuen Kvok-Yunq bildirib.

Honkonq professorunun sözlərinə görə, heyvanlar üzərində sınaq aylarla, insanlar üzərində kliniki sınaqlar isə azı bir il vaxt apara bilər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər