29 Yanvar 2020 20:59
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi müşaviri Cared Kuşner Fələstinin ünvanına sərt ifadələr səsləndirib.

Teleqraf.com xəbər verir ki, Kuşnerin fikrincə, Fələstin dövlət kimi mövcud olmağa hazır deyil.

Onun sözlərinə görə, Fələstin rəhbərliyi masa arxasında danışıqlar aparmaq əvəzinə şikayətlənməyə üstünlük verir: "Bu da dövlətə hazır olmadıqlarını əyani şəkildə göstərir".

Kuşner qeyd edib ki, "əsrin müqaviləsi" Fələstinin dövlət sahibi olması üçün son şansıdır: "İsrail ilk dəfə Fələstin dövlətini və bir xəritəni qəbul edib. Bu Fələstinin rəhbərliyi üçün gözəl fürsətdir".

Qeyd edək ki, Donald Tramp kürəkəni Kuşner vasitəsi ilə "Yaxın Şərq sülh planı" hazırlayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər