ABŞ Dövlət katibi Mayk Pompeo Kiyevə gəlib.
Axar.az xəbər verir ki, bu gün Ukrayna Prezidenti Vladimir Zelenski və Mayk Pompeo arasında görüş olacaq.
“Biz onun Kiyevdə məhsuldar işini gözləyirik”, - Ukrayna XİN başçısının müavini Yeqor Bojok Tvitter səhifəsində yazıb.
Bojok Pompeonun təyyarədən düşərkən fotosunu da paylaşıb.