Amerikalı yazıçı Stiven Kinq Feysbuk sosial şəbəkəsindəki hesabını bağlamaq qərarına gəldiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Tvitter”dəki hesabında yazıb.
Yazıçı öz qərarını “Feysbuk” sosial şəbəkəsində siyasi reklamlarda yalan məlumat axını ilə əlaqələndirib:
“Feysbuku tərk edirəm. Məni onun siyasi reklamlarda yol verdiyi yalan məlumat axını təmin etmir və mən onun öz istifadəçilərinin məxfiliyini qorumağa qadir olduğuna əmin deyiləm”, – deyə Kinq yazıb.