İranda ABŞ bayraqlarının istehsal olunduğu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, İran KİV-ləri ötən ay rekord sayda ABŞ bayrağının istehsal edildiyini yazıb.
Bayraqların istehsal səbəbi isə şok effekt yaradıb.
İstehsal olunan bayraqlar İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” birqadasının komandanı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra Birləşmiş Ştatların əleyhinə keçirilən aksiyalarda yandırılması üçün nəzərdə tutulub.
Bayraq istehsal edən fabrikin sahibi Qasım Kancani onların ABŞ və ya ingilis xalqı ilə heç bir problemlərinin olmadığını deyib: "Bizim problemimiz bu ölkələrin idarəçiləri, onların yürütdüyü siyasətlə bağlıdır".