2 Fevral 2020 13:14
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder Corc Soros ABŞ-da bu il keçiriləcək prezident seçkiləri ilə bağlı sensasion açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Soros Feysbukun ABŞ Prezidenti Donald Tramp üçün çalışan qeyri-rəsmi yardım platforması olduğunu bildirib.

Onun sözlərinə görə, Mark Zükerberq Feysbukun rəhbərliyindən hansısa formada uzaqlaşdırılmalıdır. Soros Feysbuk rəhbərinin Trampa kömək edəcəyindən narahatlıq duyduğunu söyləyib: "Cənab Trump və Feysbukun başındakı Zükerberq maraqlarının uyğun olduğunu anlayıblar. Prezident seçkiləri qazandıqca Zükerberq də pul qazanacaq".

Xatırladaq ki, Soros keçən həftə Davos İqtisadi Forumunda çıxışı zamanı Tramp və Zükerberqin qeyri-rəsmi ittifaq qurduğuna dair iddia irəli sürmüşdü.

O, Trampın narsizmə tutulduğunu söyləmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər