3 Fevral 2020 21:39
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Çində koronavirusun yayılması ilə əlaqədar “Tokio-2020” Yay Olimpiya Oyunlarının ləğv edilməsini düşünmür. Amma yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə barədə iclasın keçiriləcəyi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Tokioda Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə görə cavabdeh olan nazir Seyko Haşimoto parlamentin aşağı palatasının büdcə komissiyasının iclasında məlumat verib. O qeyd edib ki, Təşkilat Komitəsi yarışların ləğvi məsələsinə baxmayacaq. Yarış vaxtı yoluxucu xəstəliklərlə mübarizə tədbirlərinə dair iclasın bu həftə keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək, Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək. Xatırladaq ki, “Tokio-2020”nin proqramına ilk dəfə olaraq, beysbol, softbol, karate, serfinq, dağadırmanma və skeytbordinq daxil edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər