4 Fevral 2020 10:52
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Türkiyənin Bəşər Əsəd qüvvələrinə qarşılıq verməsini qanuni hesab edir və Ankaranı dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus ötən gün Türkiyənin Suriyada Bəşər Əsəd qüvvələrinə hava və qurudan zərbələr endirməsinə reaksiya verərkən deyib.

Sözçü əlavə edib ki, ABŞ Əsəd rejimi, Rusiya, İran və Hizbullahın İdlibdə xalqa qarşı sürətli, yersiz və məqsədsiz hücumlarını qınayır.

Bu hücumlar səbəbindən İdlibdə gərginliyin azaldılması üçün xidmət göstərən türk əsgərlərinin həyatını itirməsinə işarə edən açıqlamada qeyd edilir ki, bu kimi hallar qarşısında NATO müttəfiqimiz Türkiyənin yanındayıq və həyatını itirən əsgərlər üçün türk hökumətinə başsağlığı veririk.

Ankaranın Əsəd rejiminə qarşılıq olaraq zərbələr endirməsinə də toxunan Morgan Ortagus qeyd edib ki, Türkiyənin qanuni özünümüdafiə etmə tədbirlərini tamamilə dəstəkləyirik:

“Bu mövzu ilə bağlı türk hökuməti ilə informasiya mübadiləsi həyata keçiririk”.


Müəllif: Cavad

Oxşar xəbərlər