5 Fevral 2020 11:15
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatası qarşısındakı ənənəvi illik çıxış zamanı iki hərəkəti əsl qalmaqala çevrilib.

Teleqraf.com xəbər verir ki, Tramp çıxışına başlayan zaman Nümayəndələr Palatasının lideri Nansi Pelosinin əlini sıxmayıb.

Əli havada qalan Məclisi lideri Pelosini fotoqraflar həmin vəziyyətdə görüntüləyib.

1 saat 20 dəqiqə çəkən çıxışın finalında isə Pelosi Trampın çıxış mətninin sürətini cırıb və bu anlar da kameraya düşüb.

“Birliyin əsası” adlandırılan və ABŞ prezidentləri tərəfindən hər il edilən çıxış zamanı bu dəfə Demokrat Partiyasından olan bəzi senatorlar salonu tərk edib.


Müəllif: Cavad

Oxşar xəbərlər