Çinin Uhan şəhərində yayılmış koronovirus epidemiyasının bəzi fəsadları hiss olunmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə hava yolları əvvəlcə Pekinə, Quanqzou, Şanxay və Şian şəhərlərinə uçuşlarını fevralın 9-dək dayandırsa da, bu müddəti ayın sonuna qədər uzadıb.
Yalnız ehtiyac olduğu təqdirdə tibb məhsullarının xüsusi təyyarə ilə Çindən gətirilməsinə icazə verilib.
500-ə yaxın insanın həyatına son qoyan virusla bağlı görülən tədbirlər bu şəhərdən Türkiyəyə gələn sifarişlərə də təsir edib. Ölkədəki alış-veriş saytlarından verilən sifarişlərin sayında kəskin azalma müşahidə olunur. Çindən Türkiyəyə gələn gündəlik sifarişlərin sayı 300-dən 30-a enib.