7 Fevral 2020 11:45
3 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Vuhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan koronavirusla bağlı dəhşətli xəbərlər gəlməkdə davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çin Milli Səhiyyə Komitəsi koronavirusdan ölənlərin sayının 636-ya çatdığını elan edib. Ötən gün isə bu göstərici 563 olub.

Həmçinin Çində virusa yoluxanların sayı 31 min nəfəri keçib. Bu rəqəm ötən gün 28 min olub.

Ancaq rəsmi xəbərlərlə yanaşı, qeyri-rəsmi informasiya və iddialar məsələnin daha da dəhştli olduğunu ortaya qoyur.

Iddialara görə, rəsmi Pekin koronavirusdan ölənlərin sayını qəsdən gizlədir.

Vuhan şəhərindəki morqda və cəsədlərin yandırıldığı krematoriyada işləyən şəxs bildirib ki, krematoriyalar 7 gündə 24 saat boyunca işləyir:

“Vuhanda koronavirusdan ölənlərin cəsədlərini yandırırıq”.

Morqda işləyən Bay Yun əlavə edib ki, hər gün azı 100 cəsəd yandırırlar:

“Evimizə gedə bilmirik. Vuhandakı bütün krematoriyalar bu şəkildə işləyir. İnsan gücünə ehtiyacımız var”.

Bay Yun əlavə edib ki, onların iş yerinə Vuhan Tongji və yeni inşa olunan min nəfərlik xəstəxanadan hər gün cəsədlər gəlir:

“Hər gün ən azı 100 cəsəd torbasına ehtiyacımız olur”.

“Daily Star” qəzeti isə iddia edir ki, xüsusi sobalarda cəsəd yandıran şəxslər xüsusi geyim və maskalardan istifadə edirlər. Xüsusilə, vurğulanır ki, bir müddət əvvəl Çin hökuməti dəfn mərasimlərinin təxirə salındığını elan edib.

https://www.sozcu.com.tr/2020/dunya/son-dakika-corona-virusunde-panik-olu-sayisi-yine-artti-her-gun-100-kisi-yakiliyor-iddiasi-5611389/

https://www.sozcu.com.tr/2020/dunya/son-dakika-corona-virusunde-panik-olu-sayisi-yine-artti-her-gun-100-kisi-yakiliyor-iddiasi-5611389/


Müəllif: Cavad

Oxşar xəbərlər