7 Fevral 2020 13:33
3 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Şimali Osetiya bölgəsindən keçən sıra dağlardan birində sirli şəhər yerləşir. Qafqaz dağlarının yamacında yerləşən Darqavs adlı bu şəhər əsrlər əvvəl yaşamış insanların məzarlarına ev sahibliyi edir.

Teleqraf.com xəbər verir ki, Darqavs şəhəri haqqında uydurulan əfsanələrlə yanaşı, çətin coğrafi şərtlər səbəbindən getmək üçün o qədər də populyar məkan sayılmır.

Bölgəyə dar, dik və dumanlı yolları aşdıqdan sonra çatmaq mümkündür. Şəhər təpənin üzərində salınmış ağ rəngli evlərdən ibarətdir. Darqavsa məşhurluq qazandıran da bu qeyri-adi evlərdir.

Bölgəyə gələn müxtəlif insanlar arasında bir neçə arxeoloq da var. Şəhərdə aşkar olunan tapıntılar isə çox maraqlıdır. Məsələn, aparılan qazıntılarda ölülərin qayıq içində dəfn edildiyi məlum olub.

Qayıqların çay və ya gölün olmadığı bölgəyə gətirilməsi isə sirlidir. Amma bir əfsanəyə görə, qayıqlar bura ruhları cənnətə aparmaq üçün gətirilib.

Təxminən 1000 il əvvəl baş verən Monqol istilası vaxtı öldürülən insanlar üçün salınan Darqavsda adamlar əşyaları və mülkləri ilə birlikdə dəfn edilib. Gürcüstan sərhədlərində yerləşən bölgədə əsrlərdir ayaqda qalan Darqavs XVI əsrdən etibarən yaxınlıqda yaşayan insanların da dəfn olunduğu ölü şəhərə çevrilib.

Ölüm şəhərində yeraltı və yerüstü olmaqla ümumilikdə 95 məzar var. Bunlardan 30-nun zəngin, 65-nin isə yoxsul insanlara aid olduğu iddia olunur.

Həmin şəhərin fotolarını təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər