9 Fevral 2020 13:18
8 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Liviyaya göndərdiyi hərbi qüvvələr və texnikalar qiyamçı general Xəlifə Haftara bağlı ordu və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qüvvələrinin fəaliyyətini iflic edib. Vəziyyətin Haftar ordusu üçün təhlükəli hal aldığını görən BƏƏ qiyamçı qüvvələrə dəstəyi artırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Məlumatda Liviyada vəziyyətin Milli Sülh Hökuməti Silahlı Qüvvələrinin xeyrinə dəyişdiyi bildirilib.

Türkiyənin Liviyaya göndərdiyi hərbi texnikalar və qüvvələr sayəsində Haftar ordusu paytaxt Trablusdan geri çəkilmək məcburiyyətində qalıb. Məlumatda qiyamçı qüvvələrin paytaxta hücumlarının sayının azaldığı da iddia olunub.

Haftar ordusunun hücumlarının pərakəndə top və qısa mənzilli raket zərbələri ilə məhdudlaşdığı bildirilib.

Son olaraq Tripoli beynəlxalq hava limanına hücum edən Haftar ordusunun “Qrad” raketləri və paytaxt yaxınlığındakı bazaları Türkiyə hərbi texnikaları tərəfindən zərərsizləşdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər