Yapinoya Rusiya qarşı sanksiyalar tətbiqi və ya ləğvinə yenidən baxa bilər.
Teleqraf.com-un lenta.ru-a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya xarici işlər naziri FUmio Kisidı bəyanat verib. O deyib ki, Yaponiya bunu rəsmi Moskvanın Ukrayna böhranını dinc yolla həlli üçün atacağı addımla bağlayır:
“Rusiya Ukraynada böhranın dinc yolla həlli üçün fəal və aydın addımlar atacağı təqdirdə bu yaxınlarda qəbul edilmiş qadağalar da ləğv edilə bilər”
Xatırladaq ki, Tokio sentyabrın 24-də Moskvaya qarşı növbəti sanksiyalarına əsasən, Qazprombank, Sberbank, VTB, Vneşekonombank və Rosselxozbank məhdudiyyətlər altına düşüb. Bundan əvvəl Yaponiya mart, aprel və avqust ayında Rusiyaya qarşı bəzi qadağalar tətbiq edib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.