10 Fevral 2020 15:13
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər il keçirilən Ukrayna-NATO təlimləri Kiyevin “anti-Rusiya körpüsü”nə çevrilir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Dmitri Litovkin deyib.

Onun sözlərinə görə, NATO və ABŞ Rusiyaya qarşı aqressiv planlarını həyata keçirmək üçün qonşu ölkələrin ərazilərindən istifadə etməyə başlayıb:

“Amerikalılar Rusiyanın əsəblərini qıcıqlandırmaq istəyirlər. Ancaq Krım etibarlı şəkildə qorunur. Yarımada Rusiyaya birləşdikdən sonra Qara dəniz Donanması strateji üstünlük qazandı, Krım yeni gəmilər, sualtı qayıqlar, raket sistemləri, təyyarələrlə dolduruldu. Hava xətləri və hərbi infrastrukturun əsas obyektləri ən qabaqcıl hava hücumundan müdafiə sistemləri, o cümlədən “S-400”-lərlə qorunur”.

Yaponiya və Cənubi Koreya ilk dəfə olaraq Odessada keçiriləcək beynəlxalq təlimlərə qatılacaqlar. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Builki təlimin ən vacib göstəricisi yeni iştirakçıların, yəni Yaponiya və Cənubi Koreya nümayəndələrinin təlimlərə cəlb olunmasıdır. Ayrıca, hər il keçirilən hərbi təlimlərin tarixində ilk dəfə Norveç Silahlı Qüvvələri quru komponentində iştirak etməyi planlaşdırır”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, 2019-cu ildə təlimlərdə Ukrayna, ABŞ, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İtaliya, Latviya, Estoniya, Kanada, Litva, Moldova, Norveç, Rumıniya, Polşa, Fransa, Türkiyə və İsveç hərbi qüvvələri iştirak etmişdi.

Onu da əlvə edək ki, NATO-nun “Sea Breeze” (“Dəniz Küləyi”) adlı təlimləri 1997-ci ildən bəri keçirilən illik çoxmillətli bir məşqdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər