Türkiyə “Qapan-6 Zori Əməliyyatına” start verib.
Teleqraf.com xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
Əməliyyat Diyarbəkir-Batman qəsəbələri xəttində həyata keçiriləcək.
Əməliyyatda Daxili Qoşunlar, jandarma qüvvələri, xüsusi təyinatlılar və digər qüvvələr iştirak edir. 1440 xüsusi təyinatlı bu prosesdə aktiv rol alacaq.