Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 51 hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, Bəşşar Əsəd rejiminə məxsus silah anbarı, zenit silahı və iki tank məhv edilib. Eyni zamanda bir tank ələ keçirilib.