12 Fevral 2020 16:14
2 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda yaratdıqları çağrı mərkəzi vasitəsilə Almaniyadakı yaşlı insanları özlərini polis və prokuror kimi tanıdaraq aldadan 76 nəfərə qarşı Almaniya və Türkiyədə eyni vaxtda əməliyyat başladılıb.

Teleqraf.com xəbər verir ki, maliyyə cinayəti ilə əlaqədar ilk dəfə beynəlxalq əməliyyat keçirildiyi bildirilib.

Beynəlxalq cinayətkar şəbəkə üzvləri İstanbulda çağrı mərkəzi yaradaraq özlərini polis, prokuror kimi tanıdıb və Almaniyadakı yaşlı almanları aldadaraq 3 milyon dollar pul mənimsəyiblər.

Əldə olunan pullar Almaniyadan quru və hava yolu ilə İstanbula gətirilib.

Türkiyə polisi bu məlumatı alman polisinə çatdırıb və bu gün iki ölkə birgə əməliyyat keçirib. İstintaq zamanı 20 Almaniya vətəndaşının da prosesə cəlb olunduğu üzə çıxıb.

Türkiyənin Antalya və Muğla şəhərlərində 31 türk, 5 alman, Almaniyada 21 alman, 15 türk, 1 alban, 2 braziliyalı və 1 polşalının saxlanılması üçün əməliyyat təşkil olunduğu vurğulanır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər