Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Vurarıq" sözlərindən sonra Türk Silahlı Qüvvələri Hələbin qərbində mövqe tutan rejm qüvvələrinin hədəflərini darmadağın edib.
Teleqraf.com xəbər verir ki, cavab atəşinin video-görüntüləri sosial mediada paylaşılıb.
Qeyd edək ki, Türkiyənin İdlibə göndərdiyi əlavə qüvvələr bu gün Suriya ordusu tərəfindən hücuma məruz qalıb. Nəticədə 5 əsgər şəhid olub, 5 əsgər isə yaralanıb.
Buna cavab olaraq Türkiyə ordusu Suriyanın şimalında, İdlib vilayətində Bəşər Əsəd rejiminin yüzdən çox hədəfini zərərsizləşdirib.