“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının mövqelərinə edilən hava hücumları ABŞ-a saniyədə 87 dollara başa gəlir.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, ABŞ yalnız çərşənbə axşamı 47 Tomahavk raketi atıb. Bu raketlərin hər birinin dəyəri 1,59 milyon dollar təşkil edir.
Beləliklə, amerikalı vergi ödəyicilərinə bu hücumlar saatda 312 min dollar ziyan gətirir. Hesablamalara görə, əgər amerikalılar daha güclü zərbələr endirmək istəsələr, bu zaman göstərilən vəsaitin artacağı istisna olunmur. Bundan əlavə F-22 qırıcı təyyarələrinin istismar saatı 67 min dollara başa gəlir, bu zaman qoyulan silahların qiyməti nəzərə alınmır.
Xatırladaq ki, ABŞ ordusu sentyabrın 23-dən başlayaraq 5 ərəb dövləti ilə birlikdə İŞİD-in Suriyadakı mövqelərinə hava hücumlarına başlayıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.