17 Fevral 2020 17:27
1 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın İdlib şəhərinə ağır silahlarla yüklənmiş yük maşınları göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, özüyeriyən artilleriya, tank və zirehli maşın daşıyan 150 yük maşını İdlibə göndərilmək üçün Türkiyənin Hatay vilayətinin Suriya ilə sərhəddəki Reyhanlı bölgəsinə gəlib.

Yanvarın 26-da Suriya ordusunun (Bəşər Əsəd) Türkiyənin İdlibdəki mövqelərinə hücumu nəticəsində 8 türk hərbçisi həlak olub. Bundan sonra bəyanat verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya qoşunlarının Türkiyə müşahidə postlarından dərhal uzaqlaşdırılmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər