19 Fevral 2020 01:16
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası xanım deputat Darya Volodinanın müəllifi olduğu “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsini qeydə alıb.

Prezident Vladimir Zelenskinin başçılıq etdiyi “Xalqın qulu” (Sluqa naroda) partiyasının üzvü olan Volodina təşəbbüsünün gündəliyə salınmasına nail olub.

Deputat 1991-ci il aprelin 16-da Donetsk şəhərində anadan olub. 2019-cu il iyulun 21-də “Xalqın qulu” partiyasının 65 nömərli namizədi kimi Radaya üzv seçilib. Darya Volodina maliyyə, gömrük və vergi komitəsinin üzvüdür.

Xatırladaq ki, son 10 ildə ermənilər artıq 4-cü dəfədir ki, “erməıni soyqırımı”nı Radada qəbul etdirməyə çalışıblar. 2013,2015 və 2019-cu illərdə bu qanunverici təşəbbüslər Ukrayna deputatları tərəfindən rədd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər