19 Fevral 2020 11:58
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində koronavirusun sürətlə yayılması, ölü sayının getdikcə artması özəl təyyarə firmalarına tələbləri artırıb.

Teleqraf.com xəbər verir ki, Çinə ticarət və sərnişin reyslərinin təxirə salınması səbəbindən ölkədə qalmalı olan iş adamları özəl təyyarələr kirayələməyə çalışırlar.

Kiçik motorlu təyyarə kirayələmək istəyən şəxslərin təklifi personal çatışmazlığı və səyahət qadağası səbəbindən rədd edilir. Hazırda Çində 10 minlərlə insan ölkədən karter reysləri ilə çıxmağa çalışır.

Avstraliya Patamount Businesss Jest firmasının nümayəndəsi Darin Voyles bildirib ki, son zamanlar şirkətin müştəriləri çoxalıb:

“Ancaq personal Çinə uçmaq istəmir. Bilirlər ki, Çindən qayıdan zaman azı iki həftə ərzində karantin altında qalacaqlar”.

Sinqapurun Myjet Asia özəl təyyarə şirkətindən isə deyiblər ki, tələblər 80-90 faiz artıb:

“Çinə tətilə gedən çox sayda insan Honkonq, Pekin və Şanxaya qayıtmaqda problemlə üzləşiblər. Biz, Çin daxilində xidmət həyata keçiririk. Ancaq uçuşlar çox sıx şəkildə edilir. Əslində böyük hava yolları şirkətləri sərnişinlərin karter reysi ilə daşınmasına çox zaman icazə vermir”.

Patamount Businesss Jest şirkətinin rəqəmlərinə görə, 2-4 nəfərlik xüsusi təyyarələr havada olduğu bir saat üçün 2400, 10 nəfərlik orta böyüklükdə təyyarələr isə 6 min dollar istəyir.


Müəllif: Cavad