Türkiyənin Suriya torpaqlarında gözü yoxdur. Türk əsgəri Suriya torpaqlarında Soçi razılaşması çərçivəsində mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın çıxış edib.
Qalının açıqlaması Moskvada Rusiya və Türkiyə nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonraya təsadüf edib.
“Məqsəd mülki insanları qorumaq və siyasi çözümü inkişaf etdirməkdir. Əsgərlərimizin müşahidə postları yerində qalacaq və xidmətlərini davam etdirəcək”,- İbrahim Qalın bildirib.