Venesuelada gözəllik kraliçası, aktrisa Monika Spir və sevgilisini öldürən üç nəfərə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, prokurorluqdan verilən açıqlamada məhkəmədə cinayətlərini etiraf edən Xose Ferreira Herrera (18), Can Karlos Kolina (19) və Nelfrend Ximenez Alvarezi (21) 24-26 il arası azadlıqdan məhrum ediliblər.
29 yaşlı Venesuela gözəlli Spir və 39 yaşlı yoldaşı Berri bu ilin yanvarında Puerto Kabello yaxınlığında, avtomobil soyğunçuları tərəfindən qətlə yetiriliblər.
Hadisə zamanı cütlüyün 5 yaşlı qızları yaralanıb .
Qeyd edək ki, 2004-cü ildə Miss Venesueladan ilin gözəli seçilən seçilən Spir bir çox seriala çəkilib.
Rüstəm