22 Fevral 11:42
344

Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.

Rəsmi Ər-Riyad İranda səfərdə olmuş Səudiyyə Ərəbistanı vətəndaşları istisna olmaqla, digər ölkə vətəndaşlarının ərazisinə girişini yasaqlayıb. Həmin şəxslərin yalnız İranı tərk etdikdən 14 gün sonra Səudiyyə Ərəbistanına girişinə icazə veriləcəyi bildirilib.

Səudiyyə Ərəbistanı hökuməti həmçinin İrana aviareyslərin təxirə salındığını da açıqlayıb. Bundan əvvəl Küveyt, İraq və Əfqanıstan da oxşar addımları atmışdı.

Qeyd edək ki, İranda 18 nəfərə koronavirus diaqnozu qoyulub, onlardan 5-i ölüb./Report/


Müəllif: Teleqraf.com