25 Sentyabr 2014 22:29
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın ən varlı 100 adamının büdcəsi ilk dəfədir ki, milyardla ölçülür. Belə ki, ən varlı 100 milyonçu artıq milyarder adlandırılır.

ANS PRESS-in məlumatına görə, ötən il həmin ən varlı 100 milyonçunun büdcəsi 635 milyon dollar idi.

“Forbes” jurnalının Hindistan nəşr olunan sentyabr nömrəsində Hindistan milyarderlərinin siyahısını dərc edib. Siyahıda birinci yerdə sənayeçi Mukeş Ambanidir. Onun varidatı 23,6 milyard dollardır. Mukeş bir ildə 2,6 milyard dollar qazanıb.

Hindistanın 100 ən varlı adamının birlikdə sərvəti 346 milyard dollar həcmindədir. Bununla belə Hindistanın ən varlı adamları dünyanın ən zəngin adamlarından xeyli geri qalır.

Dünyanın ən varlı adamı olan Bill Geytsin sərvəti “Forbes” jurnalına görə 76 milyard dollardır.


Müəllif:

Oxşar xəbərlər