25 Fevral 2020 09:05
10 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şeytan bir çox din və mifologiyada insanları günahlara sürükləyən, ədalətsiz və pisliyi, o cümlədən azadlığı təmsil edən ruhani varlıqdır. Əfsanələrin hamısında Şeytan fövqəltəbii gücə sahib və allahlara qarşı azadlıq mübarizəsi aparan üsyankardır. Bütün bunlara baxmayaraq, bu ruhani varlığa inanan inanclar və cərəyanlar, o cümlədən Satanizm kimi dinlər də mövcuddur. Lakin əksər miflərdə o, insan bədəninə bürünmüş pislikdir.

Teleqraf.com Şeytanla bağlı maraqlı məlumatları təqdim edir.

Bu mifoloji varlıq hər nə qədər miflər və dinlərdə özünə həyat tapsa da, 2017-ci ildə Roma papasının dilə gətirdiyi iddia marağa səbəb oldu. Vatikan üzrə mütəxəssislər Papa Fransiskin Şeytanla bağlı iddiasının katoliklər üçün də təəccüblü ola biləcəyini deyirlər. Papa allahların lənətlədiyi bu varlığın duman formasında yox, insan cildində real bir varlıq olduğunu iddia etdi. Fransiskin “Şeytanla dialoqa girsəniz, yoxa çıxarsınız, o, bizdən daha ağıllıdır”, sözləri də kifayət qədər maraqlıydı.

“Şeytanın ad və soyadı var, realdır”

“Şeytan pisliyin əlamətidir. Milandakı duman kimi deyil, yayıla bilən bir şey deyil, real insandır”, - deyən papa insanlara onunla dialoqa girməməyi tövsiyə etdi:

“Qəti şəkildə əmin olduğum bir şeyi demək istəyirəm, Şeytanla dialoqa girmək olmaz, əks təqdirdə yoxa çıxacaqsınız. O, bizdən daha ağıllıdır, sizi alt-üst edər, başınıza fırlayaraq yoxa çıxarsınız”.

Fransisk Şeytanın ad və soyadının da olduğunu dilə gətirdi, bundan da əmindir. Habelə, onun mədəni olduğu qənaətindədir:

“Əgər baş verənləri vaxtında duymasanız, sonu pis ola bilər”.

İslam və yəhudi din adamları kimi Papa Fransisk də bundan əvvəl bir neçə dəfə Şeytandan söz açmışdı:

“Yeni nəsillər Şeytanın bir mif və fiqur, yaxud bir düşüncə, pisliyi təmsil edən fikir olduğuna inandırılıb. Amma Şeytan var və onunla mübarizə aparmalıyıq”.

Papa 2013-cü ildə Vatikan kilsəsində xəstə bir nəfərin başına toxunaraq dua etmiş və bu dua “Şeytan çıxarma” ayini kimi yozulmuşdu.

Şeytanın məzarları

Yazıçı, bioloq, kriptozoloq İvan Sandersonun 1972-ci ildə yazdığı “Şeytanın yer üzündəki 12 məzrarı” adlı məqalə həmin il “Saga” jurnalında yayımlandı. Anderson məqaləsində insanların uzun illərdir sirli şəkildə yoxa çıxan dünyanın 12 bölgəsinə dair faktları göz önünə sərdi. Beləliklə uzun illər davam edəcək mübahisələrin fitilini yandırdı. Bu 12 bölgənin hər biri insanların müəmmalı şəkildə yox olduğu, fenomenal hadisələrin baş verdiyi məkanlardır. Anderson həmin bölgələrdə Şeytanın məzarlarının yerləşdiyini deyirdi.

Mohenjo-daro – Pakistan

Pakistan sərhədləri içində yerləşən Hind çayı vadisində vaxtilə bir sivilizasiya vardı. İsadan əvvəl XXVI-XIX əsrlər arasında 700 il hökmranlıq edən bu mədəniyyətin adı Mohenjo-daro idi.

Bermud – “Şeytan üçbucağı”

Sirli bölgələr arasında adı ən çox eşidilən və çəkiləndir. Bermud Üçbucağı insanları sirli və faciəli şəkildə yoxa çıxması ilə məşhurluq qazanıb. Burada baş berənlər haqda irəli sürülən nəzəriyyələrin say-hesabı yoxdur.

Hamakuliya vulkanı – Havay adaları

Havay adlarının cənub-şərqində yerləşən bu sualtı vulkanın yaxınlığında bu günə qədər çox sayda gəmi və təyyarənin yoxa çıxdığı iddia edilib.

Əlcəzair Maqalitləri (Daş abidələr)

Bu sirli antik qalıntılar Somali-Timbuktunun cənubunda yerləşir.

Şeytan dənizi

Bəzi mənbələrdə “Əjdaha üçbucağı” adlandırılan bölgədə 1952-1954-cü illər arasında Yaponiya ordusuna məxsus 5 döyüş gəmisi yox olub. Yoxa çıxan gəmilərin aqibətini öyrənmək üçün bölgəyə göndərilən gəmidən də xəbər yoxdur.

Şimal Qütbü

Bu bölgədə yoxa çıxma hadisələrinin baş verməsi qeyri-adi deyil. Çünki Şimal qütbü dünyanın ən ucqarında yerləşən ayrı bir dünyadır. Şimal qütbü haqda əfsanələr o qədər çoxdur ki, hətta Şaxta babanın da orada yaşadığı iddia edilir.

Zimbabve Meqalitləri (Daş abidələr)

İddiaya görə, bu qeybə çəkilmiş antik mədəniyyət o qədər inkişaf etmişdi ki, XIX əsr avropalılarına görə, bu abidələrin afrikalılar tərəfindən inşa edilməsi qeyri-mümkün idi.

Pasxa adası

Sirli Moai heykəllərinə ev sahibliyi edən Pasxa adasə tarix boyu köləlikdən hannibalizmə qədər bütün fəlakətlərlə üz-üzə qalmışdı. Bir nəzəriyyəyə görə, heykəlləri adada yadplanetlilər gətirib.

Hebridlər çuxuru

Bu çuxur Sakit okeanda ən dərin nöqtələrdən biridir.

Varton çanağı

Malayziya hava yollarına məxsus sərnişin təyyarəsi bu bölgədə yoxa çıxıb.

Cənub qütbü

Şimal qütbü kimi olduqca soyuq və qaranlıqdır. Bu günədək bir çox yoxa çıxma olaylarına şahidlik edib.

Cənubi Atlantik anomaliyası

Cənubi Atlantik silsiləsinin ən qəribə xüsusiyyəti, Yer kürəsinin nüvəsindən yayılan radiasiyanın yerin səthinə ən çox yaxınlaşdığı məkan olmasıdır.


Müəllif: Mənsur Rəğbətoğlu