BMT Təhlükəsizlik Şurası İraq və Suriyada “İŞİD”-in tərkibində döyüşməyə gedənlərin qarşısını almaq məqsədilə təqdim olunan layihəyə razılıq verib.
Teleqraf.com miliyyət.com-a istinadən xəbər verir ki, layihəyə görə, hər bir ölkə, vətəndaşlarının döyüşmək üçün başqa ölkələrə getməsini əngəlləmək məcburiyyətindədir.
ABŞ Prezidenti Barak Obama tərəfindən təqdim olunan layihə yekdilliklə qəbul edilib.
İraq və Suriyada döyüşən radikal təşkilatlarda xarici ölkələrdən iştirak edən döyüşçü sayının 12 mindən çox olduğu ehtimal edilir.
BMT-nin bu qərar layihəsini tətbiq etməyən üzv ölkələrə sanksiya tətbiq etmək haqqı var.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.