İtaliyada sürətlə yayılan koronavirusla əlaqədar Baş nazir Cüzeppe Kontenin etirafı rezonansa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Baş nazir xəstəxanalardan birinin lazımi protokola əməl etmədiyindən virusa yoluxanların getdikcə çoxaldığını bildirib.
Onun sözlərinə görə, koronavirusun İtaliya iqtisadiyyatına da təsiri böyük olacaq.
Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb. Lombardiyada 173, Ventoda isə 33 nəfərin bu virusa yaxalandığı bildirilir.