Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başlayıb.
Bütün təxliyə olunanlar iki həftə müddətində karantində saxlanacaq.
Qeyd edək ki, Türkiyə vətəndaşların təxliyə olunmasının mümkünlüyünü bir neçə gün əvvəl nəzərdən keçirdiyini açıqlamışdı.
Hazırda İranda koronavirusa yoluxanların sayı 95 nəfərə çatıb./Trend/