ABŞ-da Prezident Donald Trampın sədrliyi ilə bu gecə koronavirus təhlükəsi ilə bağlı toplantı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Tramp özünün Tvitter hesabında yazıb.
Prezident qeyd edib ki, toplantı Ağ Ev-də baş tutacaq.
Qeyd edək ki, artıq Çində ortaya çıxan koronavirus dünyanın hər tərəfinə yayılıb. ABŞ koronavirusla mübarizəyə bir milyard dollardan çox vəsait ayırıb.