Çinin Xinjiang-Uyğur muxtar əyalətində baş verən partlayışlar nəticəsində ən azı 50 nəfər ölüb, 54 nəfər yaralanıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, hücumçuların bəziləri partlayışlar zamanı həlak olub, digərləri isə polis tərəfindən öldürülüb.
Xatırladaq ki, Çinin şimal-qərbində Xinjiang-Uyğur muxtar rayonunda qeyri-sabitlik artıq bir neçə ildir hökm sürür. Uyğurların bir hissəsi Çin hakimiyyətinin regionu idarə etməsindən narazıdır və Pekindən müstəqillik tələb edirlər.
Samir