İranda 5 deputata koronavirus diaqnozu qoyulub.
Bu barədə İran parlamentinin sözçüsü Əsədullah Abbasi bildirib.
Onun sözlərinə görə, 100 millət vəkilinə koronavirus testi edilib.
Analizin nəticəsində 5 deputatın koronavirusa yoluxduğu məlum olub.
Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 43 nəfərdir. Bundan əlavə, 593 yoluxma halı qeydə alınıb.
Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır./Report/