Dünyanı cənginə alan koronavirusa Ermənistanda da rast gəlinib.
Teleqraf.com xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxan şəxs barədə detalları açıqlayıb.
Onun sözlərinə görə, virusa yoluxan şəxs 29 yaşlı Ermənistan vətəndaşıdır. Paşinyan həmin şəxsin həyat yoldaşı ilə birgə fevralın 29-da İranın paytaxtı Tehrandan gəldiyini bildirib.
Qeyd edək ki, erməni KİV-ləri koronavirusun Ermənistan hakimiyyəti daxilində böyük təşviş yaratdığını yazır.
Panikaya səbəb isə koronavirusun keçirilməsi nəzərdə tutulan referendumu təxirə salma ehtimalı ilə bağlıdır. Bundan başqa virusa yoluxan şəxslərin sayının gizlədildiyi, hətta koronavirusun orduya da sıçradığı bildirilir.