Ukraynanın Aydar batalyonunun keçmiş komandiri və eks-deputat Sergey Melniçuk Yunanıstan sərhədində saxlanılıb.
Axar.az xəbər verir ki, bu məlumatı Melniçuk öz Feysbuk səhifəsində paylaşıb. O, Rusiya hüquq-mühafizə orqanlarının istəyi əsasında həbs edildiyini bildirib. Melniçuk polis bölməsində həyat yoldaşı ilə birlikdə olduğunu açıqlayıb.
Qeyd edək ki, Melniçuk Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.