2 Mart 2020 17:13
3 914
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinin uzun hakimiyyəti dövründə 2008-ci ilin yayında Rusiya-Gürcüstan müharibəsinin başlaması ABŞ-ın Avrasiyada maraqlarını həyata keçirməsinə əhəmiyyətli dərəcədə mane oldu”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetində dərc olunan bir məqalədə bildirilib.

“Putin ABŞ və müttəfiqlərinə çox sərt münasibət göstərdi: Gürcüstan və Ukraynanın NATO-ya daxil olmasına və alyansın genişlənməsinə mane oldu, bölgədə ABŞ hərbi bazalarının yaradılmasının qarşısını aldı. Həmçinin ABŞ-ın irimiqyaslı infrastruktur layihələrini və investisiya yatırmaq planlarını pozdu”, - məqalədə qeyd edilib.

Məqalə müəllifi qeyd edir ki, Rusiyanın keçmiş SSRİ məkanında genişlənmə səylərinə cavab olaraq, NATO-nun hərbi dəniz qüvvələrini tez bir zamanda Cənubi Qafqaz yaxınlığına, Qara dəniz bölgəsində yerləşdirməsi lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər