“Taliban” döyüşçüləri Əfqanıstanda hökumət qüvvələri əleyhinə hərbi əməliyyatları yenidən başladıqlarını bəyan ediblər.
Teleqraf.com xəbər verir ki, yaraqlılar atkəşkəs müddətinin başa çatdığını bildiriblər.
Qeyd edək ki, daha əvvəl Əfqanıstan hökuməti ilə taliblər fevralın 21-də bir həftəlik atəşkəs barədə razılığa gəlmişdilər. Bundan başqa, ötən gün ABŞ-la “Taliban” sülh sazişi imzalamışdı.