Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli və regional məsələlər, o cümlədən İdlibdəki vəziyyət və suriyalı qaçqınların priblemini müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, qaçqınlarla bağlı beynəlxalq öhdəliklərə riayət etmək və məsuliyyətin ədalətli bölünməsini təmin etmək lazımdır.