“Channel 24” TV-nin analitiki, Səudiyyə Ərəbistanından olan general Zayed əl-Öməri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ilginc fikirlər səsləndirib.
Teleqraf.com xəbər verir ki, ərəb general Ərdoğanı koronavirus yaymaqda ittiham edib.
“Koronavirusu ərəb coğrafiyasına, hətta Səudiyyə Ərəbistanına Ərdoğan yayır”, - Əl-Öməri bildirib.
Analitik iddiası sosial şəbəkələrdə gülüşlə qarşılanıb.