5 Mart 2020 10:19
6 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriya türk xalqına qarşı nə vaxt düşmən kimi davrandı? Belə bir şey yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.

“Suriyalılar türklərlə, türklər də suriyalılarla evlənirlər, bizi birləşdirən ailələr var, həyatı əhəmiyyətə malik ortaq maraqlar var. Mədəniyyətlərimiz bir-birinə iç-içə bağlıdır. Türk xalqı ilə aramızda fikir ayrılıqlarının olması məntiqli deyil”, - Əsəd bildirib.

Suriya başçısı türklərlə suriyalıların qardaş xalqlar olduğunu söyləyib: “Türklərdən danışarkən, onların adını qardaş kimi dilimizə gətiririk. İndi türklərdən soruşuram: Suriya ilə probleminiz nədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər