Türkiyədə səhiyyə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, xəstə kişidir. Türkiyə vətəndaşı olan həmin şəxs bu yaxınlarda Avropadan qayıdıb. Onun vəziyyəti sabitdir və karantinə yerləşdirilib.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edir. Onlardan 80 924 nəfəri Çindədir.
Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda yeni epidemiya bir sıra Avropa ölkələrində, o cümlədən İtaliya, Fransa və Almaniyada geniş yayılıb.