12 Mart 2020 19:00
11 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiyamçı general Xəlifə Haftara bağlı Liviya Milli Ordusu paytaxt Tripoliyə növbəti dəfə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində Liviyanın legitim Milli Sülh Hökuməti qüvvələrinin Tacura səhra xəstəxanasının baş həkimi Osman ət-Tacuri həlak olub.

Tacurinin avtomobili ilə hərəkət edərkən raketlə vurulduğu bildirilib.

O, Milli Sülh Hökumətinin önəmli simalarından biri hesab olunurdu.

Paytaxt Tripolini hər gün atəş altında qoyan Haftar qüvvələri hökumətin nüfuzlu simalarına qarşı sui-qəsd planlarının icrasına da start verib. Qiyamçılar bundan əvvəl Tripoli məhkəməsinin hakimi Məhəmməd əl-Kadını qətlə yetirib.

Qeyd edək ki, iki həftə əvvəl Liviya hava yolları şirkətinin rəhbərini oğurlamış, iki gün sonra sərbəst buraxmışdılar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər